Maraqlı

Dünyanı dəhşətə salan xəstəlik yarasa şorbasından yoluxubmuş – Ölü sayı 17-yə çatdı

Artıq 17 nəfərin həyatına son qoyan koronavirusun yarasa şorbasından yoluxduğu iddia edilib.

Virusun mənbəyi hələ dəqiqləşdirilməsə də, çinli alimlər xəstəliyin Uxan şəhərinin ən populyar qidalarından olan yarasa şorbasından yayıldığını dilə gətiriblər.

Qeyd edək ki, hazırda Çinin 22 bölgəsində 552 nəfərdə bu virus müşahidə edilib. Xəstəlik Yaponiya, Cənubi Koreya, ABŞ və Rusiyada da qeydə alınıb.

“Çin yeni ili” səbəbilə yanvarın 25-də Çinə çoxlu sayda turistin gələcəyi proqnozlaşdırılır. Bu isə virusa yaxalananların da sayının sürətlə artacağını deməyə əsas verir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close