Maraqlı

Bayram Nurlu seçki texnoloqu rolunda: BU MƏŞHUR XANIMA DƏSTƏK VERDİ

Özünün ekstrasens adlandıran və sosial şəbəkələrdə kifayət qədər populyar olan Bayram Nurlu parlament seçkiləri ilə bağlı xüsusi fəallıq göstərir.

Savash.org bildirir ki, bir sıra namizədlərin sosial şəbəkələr üzərindən piarını quran Bayram Nurlunun etdikləri kimlərdəsə gülüş doğurur, amma fakt ondan ibarətdir ki, o heç nəyə baxmadan rəğbət bəslədiyi namizədlərin təbliğatından əl götürmür.

Xatırladaq ki, Bayram Nurlu bir müddət öncə özünün instaqram səhifəsində 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsənin və 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd Məzahir Əfəndiyevin fotolarını paylaşaraq, seçiciləri onlara səs verməyə çağırmışdı.

Bu dəfə isə o tanınmış teleaparıcı Aytən Səfərovaya dəstək nümayiş etdirib. Həmin paylaşımın fotosunu təqdim edirik.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close