Maraqlı

Ərinin dostuna qoşulub qaçdığı deyilən nənə DANIŞDI: “Mənə bacı deyib…”

İsmayıllıda həyat yoldaşının dostu ilə qaçdığı deyilən qadın şərləndiyini iddia edir.

Savash.org-un  məlumatına görə, “oxu.az”a açıqlama verən Məlahət Hacıyeva bildirib ki, 27 ildir evli olduğu Sərvan Hacıyevlə daim problemi olub:

“Sərvan həmişə içirdi, evdə dava salırdı. Məni hamının yanında təhqir edirdi. Son olaraq deyirdi ki, səni şərləyib, tutduracağam. Buna görə ondan boşanmaq qərarına gəldim”.

M.Hacıyeva onlarının ailələrində baş verən münaqişələri S.Hacıyevin bacısının yaratdığını deyir:

“Birlikdə aldığımız və yaşadığımız ev mənim adıma idi. Buna görə də dəfələrlə məni şərləyirdilər, incidirdilər ki, evi onların adına keçirim”.
M.Hacıyeva qoşularaq qaçdığı deyilən, həyat yoldaşının dostu Raqub Əhmədovla dostluq münasibətlərinin olduğunu bildirib:

“Raqubgillə ailəvi dost olmuşuq. Mən Raqubla bir yerdə işləmişəm. Ona qardaş demişəm, o da mənə bacı deyib”.

M.Hacıyeva hazırda İsmayıllının Sumağallı kəndində atasının evində qaldığını vurğulayıb:

“Məni və Raqubu şərlədiyi üçün məhkəməyə də müraciət edəcəyik”.

Qeyd edək ki, mətbuatda İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close