Maraqlı

Tahir Salahovun qızı karantindən görüntü paylaşdı: “Bir-bir ölməyə başladılar” + Video

reklam...

Xalq rəssamı Tahir Salahovun koronavirusa görə karantinə alınan qızı Aydan Salahovadan xəbər var. 

“SAVAŞ” xəbər verir ki, bir neçə gün öncə İtaliyadan qayıdarkən karantinə alınan heykəltəraş sosial şəbəkədən görüntülərini paylaşıb. 

O, insanları pandemiyaya qarşı ciddi olmağa səsləyib: 

“Mənə elə gəlir ki, çoxları epidemiyanın, pandemiyanın nə olduğunu anlamır. Dövlət hansısa qanunlar qəbul edirsə, biz onlara  inanmalıyıq. İndi xəbərlərə qulaq asmaq və deyilənlərə əməl etmək lazımdır. Bunların hamısına İtaliyada şahid olmuşam. İtaliyanlar da bunu ciddiyə almır və ünsiyyətlərinə davam edirdilər, sonra isə bir-bir ölməyə başladılar. Əgər evdə otursaq, xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edəcəyik. Hamı karantindən qorxur, amma koronavirusdan qorxmur”.

yenisabah.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close