Maraqlı

“Survivor”dan uzaqlaşdırılan “Kobra Pərviz”dən AÇIQLAMA

reklam...

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) TV8 ekranlarında yayımlanan “Survivor” yarışmasında mübarizəni dayandırdıqdan sonra ilk dəfə bu barədə paylaşım edib.

İdmançı onu dəstəkləyən hər kəsə öz təşəkkürünü bildirib:

“Bütün məni sevən, mənə dəstək olan hər kəsi salamlayıram. Çoxdandır arzusunda olduğum “Survivor” yarışması mənim üçün gözlənilməz macəra oldu. Yarışmada keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini hiss etdim. Mənə qarşı olan daimi inamınızı bacardığım qədər doğrultmağa çalışdım. Həm xarakterimlə, həm göstərdiyim çıxışla sizi sevindirmək istədim.

Yarışmadakı Türkiyəli dostlarımın mənə qarşı hörməti və sevgisi sayəsində özümü qəriblikdə hiss etmədim. Bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən iki dövlət bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Yaxşı dostlar qazandım. Ordakı dostlarıma yarışmada və şəxsi həyatlarında uğurlar arzu edirəm və bütün “Survivor” kollektivinə minnətdarlığımı bildirirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close