Maraqlı

“Deyirlər ki, Yaşar Nurinin qızını saxlayan var” – Ülkər Nuriyeva + Video

Yaşar Nurinin müğənni qızı Ülkər Nuriyeva qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. 

Savash.org xəbər verir ki, ARB telekanalına danışan Ülkər haqqında gəzən söz-söhbətlərdən də danışıb:

“Çox adam deyir ki, atam yaşasaydı sənətdə olmağıma icazə verməzdi. Amma elə deyil, atam mənim istedadımı görsəydi, heç nə deməzdi. Atam mənim geyimlərimi görüb heç nə də deməyib. Mənim 1999-cu ildə geyindiyimi camaat indi geyinir. Bəziləri deyir Yaşar Nurinin qızını saxlayan var. Əgər saxlayanım varsa, Yaşar Nurinin qızının niyə maşını, evi yoxdur? Gəlib baxa bilərlər, necə evdə yaşayıram… Gedib müğənniliyimi edib, məclislərimi aparıram. Əgər hansısa imkanlı insan çıxıb desə ki, “Ülkər, səni sevirəm” mən də onu sevərəmsə, o halda onun dəstəyin qəbul edərəm. Yazırlar ki, Y.Nurinin qızı yüngül hərəkətlər edir, mən müğənniyəm, rəqs də edə bilərəm, əyləncə məkanında özüm özümü çəkə də bilərəm. Mən ailə dağıtmıram, kiməsə yalvarmıram. Başımı aşağı salıb öz işimlə məşğulam, pulumu qazanıram”. 

Həmin görüntüləri təqdim edirik:

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close