Maraqlı

“Survivor”da dava düşdü – Acun araya girdi + Video

Türkiyənin TV8 kanalında yayımlanan “Survivor” yarışmasında “Məşhurlar” və “Könüllülər” komandası həftənin ikinci toxunulmazlıq oyununu qazanmaq üçün mübarizə aparıblar. 

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmada gərgin anlar yaşanıb. Toxunulmazlıq oyunu üçün yenidən qarşılaşan komanda üzvlərinə rəqib seçmək şansı verilib. Ancaq bu seçim iki komanda arasında mübahisəyə səbəb olub. Yasinin komanda üzvləri Mert və Sərcanın zədələri barədə danışması onları qəzəbləndirib. 

“Məşhurlar” və “Könüllülər” arasındakı mübahisəni sakitləşdirmək üçün aparıcı Acun Ilıcalı araya girib. O, seçim qaydalarını yenidən izah edərək anlaşılmazlığı aradan qaldırıb və mübahisəni sonlandırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close