Maraqlı

“Bunu özünə kişilik bilmə” – Zeynəb Xanlarovanı “öldürən”in kimliyini açıqladı

Xalq artisti Zeynəb Xanlarovanın ölümü haqqında yalan məlumat yayan şəxsin kimliyi bəlli olub.

“SAVAŞ” xəbər verir ki, bu haqda sənətçinin qardaşı qızı, aktrisa Mehriban Xanlarova özünün sosial şəbəkə hesabında məlumat yayıb. 

Əməkdar artist ölüm xəbərini yayanın xaricdə yaşayan blogger Orxan Ağayev olduğunu bildirib:

“Zeynəb Xanlarovanın haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi blogger Orxan Ağayevdir.  Burdan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimin qeybət edərək, artıq-əskik danışmağı özünə kişilik bilmə”.

Aktrisa bloggeri Bakıya təkbətək görüş üçün səsləyib:

“Cəsarətin çatırsa, gəl Bakıya mən səninlə təkbətək görüşməyə hazıram.  Onda bilərik aslan kimdir, çaqqal kimdir… Buyur, səni gözləyirəm Bakıda”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close