Maraqlı

Ölümlər, virus, yanğın, müharibə… – 2020-ci ildə dünyanı silkələyən ƏSAS HADİSƏLƏR

2020-ci il gələndən dünyanı görünməmiş həyəcan dalğası bürüyüb. Hərbi hədələrlə başlayan il , qlobal epidemiyanın doğurduğu dağıntılarla davam etdi, bu isə 100 ildə bir dəfə baş verir.

Bütün dünyanı ağuşuna alan COVİD-19 dalğası şübhəsiz ki, 2020-ci ilin ilk yarım ilinə böyük təsir göstərdi.

Sfera.az-ın təqdimatında yaşadığımız ilin ən vacib hadisələrini nəzərdən keçirək.

ABŞ-ın səyləri nəticəsində İran generalı Qasım Süleymani öldürüldü.

2020-ci ilin ilk günlərində Amerika silahlı qüvvələri tərəfindən İran generalınınİraqda öldürülməsi dünyanı lərzəyə saldı. Qasım Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) tərkibində olan Əl-Quds xüsusi təyinatlılarının komandiri idi. O, İraqın paytaxtı Bağdadda, hava limanına edilən hücum zamanı qətlə yetirildi. Generalın ölümünə görə İranda ümummilli matəm elan edildi. AmmaSüleymani ilə vida mərasimi vaxtı yaranan qarışıqlıqda ən azı 50 nəfər öldü, 200-dən çox insan isə yaralandı.

İran Ukraynanın təyyarəsini vurdu

İran tərəfi təsadüfən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini vurdu. İran raketinin təyyarə ilə toqquşması nəticəsində təyyarədəki bütün insanlar (176 nəfər) həlak oldu. Hadisə İran və Ukrayna arasında beynəlxalq böhrana səbəb oldu. İran rəsmiləri ilk açıqlamalarında təyyarənin mexaniki zədə səbəbindən qəzaya uğradığını söylədilər.

İndoneziyada daşqın : 53 ölü

İndoneziyada güclü musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azından 53 nəfər həyatını itirdi. Yeni il gecəsi başlayan və təxminən 4-5 gün davam edən yağışlara görə 200 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qaldı. İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi daşqınlardan 30 milyon insanın zərər çəkdiyini açıqladı. Bu təbii fəlakət 13 ildə ən böyük daşqın kimi qeydiyyata alındı.

Türkiyənin Van şəhərində uçqun

Bu ilin fevral ayında Van vilayətinin Baxçaşəhər bölgəsində uçqun baş verdi. İlkin məlumatlara görə, iki nəfər itkin düşdü. İtkin düşən şəxsləri axtarmaq üçün təşkil edilən xilasetmə qrupunun üzvləri də uçqun altında qaldı. Ümumilikdə uçqun nəticəsində 41 nəfər öldü.

Avstraliyada yanğınlar: 1.25 milyard heyvan həlak oldu

Şübhəsiz, 2020-ci ilin yanvar ayında ən çox müzakirə olunan hadisə Avstraliyada uzun aylar davam edən meşə yanğınları oldu. Üstəlik, vəziyyət hələ də tam nəzarət altına alınmayıb. Yanğın nəticəsində 25 nəfər öldü, 8 milyon hektar meşə və yaşıl sahə məhv edildi. Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) təxminən 1.25 milyard heyvanın həlak olduğunu təxmin edir. Avstraliyanın Sığorta Agentliyi ümumi itkinin 700 milyon dolları keçdiyini, təxminən 2 min evin yanıb kül olduğunu açıqladı.

Suriyanın İdlib şəhərində türk əsgərlərinə hücum

Rusiya tərəfindən dəstəklənən Dəməşq Administrasiyasının həyata keçirdiyi hava zərbəsi nəticəsində ən azı 33 türk əsgəri həlak oldu. Türkiyə tərəfinin tələbi ilə NATO hücumdan dərhal sonra fövqəladə iclas keçirdi.

Miqrasiya böhranı

İdlibdə türk əsgərlərinə edilən hücumdan sonra türk tərəfi Avropa sərhədlərini miqrant axınının sərbəst hərəkətinə açdı. Yunan sərhədçiləri mühacirlərin ölkələrinə girişinin qarşısını almaq üçün lazımi tədbirlər gördülər və Türkiyə ilə Yunanıstan arasında münasibətlər kəskinləşdi. Ümumilikdə minlərlə mühacir Türkiyə sərhədlərinə axışdı.

Yeni koronavirus növünün (Covid-19) dalğası

2019-cu ilin dekabr ayında meydana çıxan və Çinin Uhan şəhərində sürətlə yayılan yeni növ koronavirus epidemiyası qısa müddətdə Çinin və dünya ictimaiyyətinin gündəminini zəbt etdi. 2020-ci ilin ilk ayında Çində on minlərlə insana yoluxan koronavirus, digər ölkələrə də bulaşaraq dünyanın düzənini pozdu.

COVID-19 dalğası hələ 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “pandemiya” elan edilmişdi. Epidemiyanın özəyi isə əvvəlcə Çindən Avropaya, sonra isə ABŞ və Cənubi Amerikaya keçdi.

İyun ayının sonunda dünyada Covid-19 virusuna yoluxanların sayı 10 milyona, ölənlərin sayı isə 500 minə çatdı. 5 milyondan çox xəstə sağaldı.

Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-un “endemik” ola biləcəyini açıqladı. Bəs bu nə deməkdir?

Koronavirusun yazın ilk aylarında yayılması nəticəsində bir çox ölkələrdə ciddi təhlükəsizlik tədbirləri görüldü. Ölkələr arasındakı sərhədlər bir müvəqqəti bağlandı, və Covid-19-la bağlı məhdudiyyətlər isə iqtisadi fəallığı ləngitdi, bir çox müəssisələr iflasla uğradı.

Milyonlarla insan komendant saatları və karantin rejiminə görə evlərinə qapandı.

Beynəlxalq təşkilatlar Covid-19 dalğası zamanı vurulan ziyana görə 2020-ci ildə dünya iqtisadiyyatında 6 faiz geriləyəcəyini proqnozlaşdırır.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close