Maraqlı

Bakı sakini təyyarə düzəldib: avtomobil motoruyla

Bakı sakini təyyarə düzəldib: avtomobil motoruylaBakı sakini Elçin Məmmədov yeni təyyarə ixtira edib.

Kiçik hərbi təyinatlı modelin hazırlanması 3 il vaxt aparıb. Avtomobil mühərriki ilə işləyən təyyarə sahibinə 3500 manata başa gəlib.

Yeni ixtiranı başa çatdırmaq sahibi üçün heç də asan olmayıb. Uşaqlıq arzusunu gerçəkləşdirən Elçin Məmmədov təyyarənin hissələrini çətinliklə tapdığını deyir. İxtisasca mühəndis olduğuna görə yeni təyyarəsinin sınaqdan məharətlə çıxacağını iddia edir. Eyni zamanda təyyarədən digər məqsədlər üçün də istifadə etməyin mümkün olduğunu deyir.

Elçin Məmmədov ixtira etdiyi təyyarəni dövlətə bağışlamağı düşünür. Gələcəkdə isə fərqli modeldə hərbi təyyarələr düzəltməyi planlaşdırır. Artıq bununla bağlı yeni ideyaları da var.

Hazırda Elçin Məmmədov yeni təyyarəsi ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyini bildirir. (Region TV)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close