Maraqlı

Müğənni Zaura maşın hədiyyə etdi

Müğənni Zaura maşın hədiyyə etdiƏməkdar artist adı alan Yusif Mustafayev “5/5” verilişinin qonağı olub. SİA-nın məlumatına görə, müğənni proqramın aparıcısı Zaur Kamala “Niva” avtomobili hədiyyə edib.

Zaur Kamal “Bir neçə ay əvvəl Yusif müəllim verilişdə söz verdi ki, \”Əməkdar artist olsam, sənə maşın hədiyyə edəcəm\”. Bu gün sözündə durdu. Mənə “Niva” maşını gətirdi. Nömrəsi də “10 DJ 006”dır. Kişi kimi sözünün üstündə dayandı” deyə, bildirib.

Yusif Mustafayev maşınla bağlı bunları söyləyib: “Bu mənim böyük oğlumun maşınıdır. O, özü üçün başqa bir avtomobil almaq istəyirdi. Qərar verdik ki, bu avtomobili Zaura hədiyyə edək. Sağlıqla sürəsiniz”.

Proqramın sonunda Zaur Kamal avtomobilin açarlarını ifaçıya geri qaytararaq, “Mən bu kişini sınayırdım. Sözünə düz çıxdı. Açarları geri qaytarıram. Hədiyyəni qəbul etmədim. Maşını hara istəsəniz verin. Bunun əvəzində isə mənə kostyum alacaq. Onu canlı yayıma geyinəcəm. Öz maşınım var, bəsimdir” sözlərini deyib.

Qeyd edək ki, Yusif Mustafayev martda canlı yayımda Zaur Kamala maşın alacağı vədini vermişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close