Mövqe

Məzahir Pənahovdan XƏBƏRDARLIQ: “Kaş ki, bunlar olmazdı…”

“Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri Məzahir Pənahov həmçinin sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

O qeyd edib ki, əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək: “Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close