Mövqe

AZAL vaxtı uzatdı – Bakıdan Çinə uçuşlar bu tarixdə bərpa ediləcək

“Təəssüf ki, mart ayında uçuşlar yoxdur. 31 martdan etibarən uçuşlar bərpa ediləcək”.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, AZAL Bakı-Pekin aviareysi üzrə uçuşları müvəqqəti dayandırıb. Daha öncə aeroportun rəsmi açıqlamasında bildirilmişdi ki, Bakı-Pekin aviareysi martın 8-dən etibarən bərpa olunacaq.

Bu barədə danışan Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, baş verənlər Azərbaycan turizminə ciddi təsir edəcək: 

 “Bilirsiz ki, Azərbaycan Hava Yolları aviareysləri bağlayıb. Hər il bu təkrar olunurdu. Amma bu qədər uzun müddəti əhatə etmirdi. Əvvəllər fevral ayının əvvəli və ortasına kimi bağlanardı, bu il isə vəziyyət fərqlidir. Azərbaycan Hava Yolları mart ayının sonuna kimi reysləri bağlamaq qərarı alıb. 

Bu, həm çinli turistlərin, həm də Pekin-Bakı reysi ilə uçan başqa ölkə vətəndaşlarının Azərbaycana gəlməsinə əngəl törətdi. Tranzit uçan turistlər var idi ki, onlar bu vaxt çərçivəsindən istifadə edərək, burada müəyyən xərclər edirdilər. Aydındır ki, koronavirus turizmə təsir edəcək. Rəsmi rəqəmləri bir müddət sonra açıqlayacağıq”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close