Mövqe

Azercell bu ağır günlərdə də cibimizə girməkdən çəkinmir? – “LİMİTSİZ” FIRILDAĞI

Əgər bu limitsizdirsə, bəs niyə ayın bu başından o biri başına çatmır?”

“SAVAŞ” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Akademik Musiqi Teatrının mətbuat katibi Fəridə Aslanova yazıb. O, provayderin isyifadəçiləri aldatdığını qeyd edib:

“İnternet tarifinin baha olması bir yana, vaxtından əvvəl bitdiyinə görə də adamı çox qıcıqlandırır. LİMİTSİZ sözünə uyğun davranılsa daha yaxşı olar. “Limitsiz” maskası altında gizlədilən “limit” indidən niyə bitsin ki? Ayın 30-na hələ çox var. Dəfələrlə bu barədə demişəm, lakin eşidən olmayıb. Ona görə də bura yazıram.

Hörmətli Azercell şirkəti, xahiş edirəm ki, aktiv istifadəçilərinizin etirazından bir nəticə çıxarasınız və yaxud da internetə daha çox ehtiyacı olan peşə sahiblərinə qiymətlərdə müəyyən güzəştlər edəsiniz. Ya “Limitsiz” sözünü birdəfəlik çıxarasınız, ya da ona uyğun davranasınız ki, camaat da işini bilsin”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close