Mövqe

190 manat iyul ayında da veriləcəkmi? – NAZİRLİK CAVABLADI

Aprel-iyun aylarında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi həyata keçirilib.

“SAVAŞ” xəbər verir ki, insanları daha çox növbəti ay üçün də 190 manat məbləğində birdəfəlik ödəmələrin verilib-verilməyəcəyi maraqlandırır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlama verib.

Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi hələ gündəmdə deyil.

Xatırladaq ki, iyun ayı üçün ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close