Mövqe

“Özlərini əsilsiz, köksüz aparırlar…” – Brilliant Dadaşova oğlu ilə bağlı qalmaqaldan danışdı

Məlum olduğu kimi, xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin sosial şəbəkədə “Fairmont Baku” hotelində baş verən olayla bağlı “Ay işverənlər, siz ona görə incimisiniz ki, “Fairmont”a dəvət etməyiblər” – sözləri birmənalı qarşılanmayıb.

Brilliant Dadaşova oğlu Cahad Hacıyevin sosial şəbəkədəki paylaşımına münasibət bildirib.

Xalq artisti Sfera.az-a açıqlamasında bu sözləri deyib:

“Siz bu ölkənin vətəndaşları kimi hazırkı situasiyaya necə baxırsınız? Bu nə düşmənçilikdir bir-birimizə qarşı? Karantin rejiminə keçidimiz zəruridir, bu rejimin qaydalarına əməl edilməlidir. Amma qaydalara əməl etməyən insanlara kimsə bir zarafat yazıbsa, ona qarşı belə aqressiv münasibət göstərmək nə dərəcədə doğrudur? Bunu edən hansı qüvvələrdir belə, evimizin içində oturub?

Mən də cəmiyyət insanıyam. Amma kimsə görüb ki, nə vaxtsa kiməsə şər-böhtan atım, kimisə təhqir edim, ya kiminsə sözünü təhrif edim? Nəyə görə bəzi insanlar özlərini belə əsilsiz, köksüz aparır axı? Mənə maraqlıdır ki, bizi bir-birimizə düşmən edən kimdir? Hansı diasporalar, hansı lobbilər işləyir bunun üzərində? Yəqin ki, bunlar Azərbaycanda, bizim aramızdadırlar. Necə olur ki, biz bunları görmürük? Bədxah qonşularımızın bir-birinə qarşı belə aqressiv davranışını görmüsünüz?”

Xalq artisti hesab edir ki, media həmin qüvvələri üzə çıxarıb ifşa etməlidir: “Xalqdan danışan və bu xalqın nümayəndələrini təhqir edən həmin qüvvələr üçün xalq kimdir görəsən? Əgər mən, sən xalq deyiliksə, o zaman kimdir bu xalq?

Oğlum Cahad iki il yarım öz layihəsi üzərində işlədi. Onun yerində başqa bir gənc olsa, öz işini qurardı, mənfəəft əldə edərdi. Amma oğlum insanlara, özü kimi gənclərə kömək etməyi seçdi. Mənə dedi ki, ana, sən bu işdə mənə kömək edərsən? Bu elə bir layihədir ki, heç bir gəlir gətirməyəcək, ancaq vəsair sərf etməli olacağıq. Mən öz ailəmizdən savayı hansısa sadə vətəndaşın gəlir gətirməyən bir sahəyə sərmayə yatırdığını görməmişəm. Mənim övladım bu işi gördü ki, imkansız gənclər pul xərcləmədən imtahan verə bilsinlər.

Bir dəfə oğlumla bir söhbətimiz oldu. Mənə söylədi ki, ana, yadındadır. mən Kiprdə təhsil alanda sən dəfələrlə anasız, atasız tələbələrin təhsil haqqını ödədin? Mən də istəyirəm ki, vətənimizdəki ata-ana qayğısından məhrum, eləcə də aztəminatlı ailələrin övladı olan gənclər pul xərcləmədən ali məktəblərə hazırlaşsınlar, test imtahanlarından ödənişsiz keçmək imkanı qazansınlar. Amma nədənsə bu haqda yazan jurnalistlər az oldu.

Cahad ali təhsil alıb vətənə dönəndə bir neçə ayaraq sexində işlədi, orda şəkil çəkdirib paylaşdı deyə, tənqid atəşinə tuutuldu. Yazdılar ki, necə idmançısan, içkidən necə uzaqsan ki, içki sexlərin var? Halbuki, bizim heç bir seximiz yoxdur. Təbii ki, Cahad öz layihəsinə xərclədiyi pula bir neçə elə sex ala bilərdi, amma almadı. Bu qədər şər-böhtan nəyə gərəkdir axı?

Deyirlər ki, oğlum milləti təhqir edib. Yaxşı bəs özü hansı millətin nümayəndəsidir? Bu məntiqsiz söhbətlərə, əsasız iradlara birdəfəlik son qoyulmalıdır”.

Brilliant Dadaşova hesab edir ki, oğlunun hədəfə gətirilməsi təsadüfi deyil: ”Düşünürəm ki, Cahad “İtest” adlanan proqramı yaratmaqla çox insanların biznesinə girmiş oldu. Çox guman ona qarşı aqressiyanın səbəblərindən biri də elə budur.

Cahad əslində karantin qaydalarını pozan vətəndaşlarla bağlı yaranan gərgin situasiyanı bir qədər yumşaltmaq üçün, gündəm olan sözügedən məsələyə zarafatyana münasibət göstərdi.

Əslində onun sözü onsuz da gərgin olan situasiyanı bir az da şişirdib gərginləşdirən, rişxənd obyektinə çevirən insanlara idi. O demək istəyirdi ki, polisimiz öz işini yaxşı bilir, onlara karantini pozan şəxsləri harda və necə axtarmağı öyrətməyə, yol göstərməyə ehtiyac yoxdur. Bir də ki, qanun pozucuları özlərioteldə çəkdirdikləri şəkilləri sosial şəbəkədə paylaşmışdılar. Jurnalistləri təhqir etmək isə onun ümumiyyətlə ağlına belə gəlməyib, o bunu heç vaxt etməz.

Mən fəxr edirəm ki, oğlum yıxılanı baltalamır. Əksinə kiminsə daş-qalaq edildiyini görəndə bir yolla həmin adama kömək etməyə, onun ətrafında yaranan gərginliyi azaltmağa çalışır.

Həmişə mənə deyir ki, bizimkilərdə bu nə xüsusiyyətdi? Kimsə büdrəyəndə, bir yanlışı olanda nədən onu dışlayırlar, təpikləyirlər? Mən də ona cavab verirəm ki, Cahad, bu çox uzun bir məsələdir. Bu məsələnin kökünə varmaq üçün Cəlil Məmmədquluzadədən üzü bəri bir çox klassiklərimizin əsərləri ilə tanış olmalısan. Sən əcnəbi məktəbdə oxumusan. Heyif ki, orda Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi və digər klassiklərimizi sizə tanıtmayıblar, onların əsərlərini oxusan, bilərdin ki, biz kimik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close