Önəmli

Əli Kərimlinin köməkçisinə qarşı yeni ittiham

Əli Kərimlinin köməkçisinə qarşı yeni ittiham
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə \”Report\”a onun vəkili Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda o, təqsirləndirilən şəxs qismində saxlanılır.

F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə ittiham irəli sürülüb.
Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Qeyd edək ki, ilkin yayılan məlumatlara görə, onun avtomobilindən FETÖ lideri Fətullah Gülənə aid kitablar tapılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close