Önəmli

“Bunların hamısını \”abaxeyis general\”ın tapşırığı ilə ediblər”

reklam...

“Bunların hamısını "abaxeyis general"ın tapşırığı ilə ediblər”
“Real MTK” rəhbəri İlham Qasımovun məhkəməsində bacısı oğlu ifadə verdi

Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda İ.Qasımovun vəkili jurnalistlərlə bağlı vəsatət verib. Bildirib ki, onun müdafiə etdiyi şəxsin əleyhinə mediada materiallar dərc olunur və buna görə də jurnalistlər zala buraxılmasın.

Hakim bildirib ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq addım ata bilərlər, hazırkı prosesə isə aidiyyatı yoxdur: \”Bu açıq prosesdir, istənilən şəxs iştirak edə bilər. Əgər narazılıq varsa, yazını yazan mətbuat orqanını məhkəməyə vermək hüququnuz var”.

Prosesdə “Real” MTK-nın sədri olmuş Sahib Cahangirli ifadə verib. O qeyd edib ki, istintaqa 3 dəfə ifadə verib, ilk iki ifadəsini təsdiqləsə də, sonuncu ifadəsini təsdiqləmir. Şahid buna səbəb kimi təzyiqlərə məruz qalmasını göstərib: \”Mənə sonuncu dəfə dedilər ki, biz deyənləri yazmasan 12 illik içəri girəcəksən. Mən heç yazılanları oxumadan imzaladım. Məhkəməyə də teleqram vurmuşam ki, sonuncu ifadəmi təsdiq etmirəm\”.

Hakim şahidə ziddiyyətli ifadələr verdiyi üçün xəbərdarlıq edib və buna görə də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini xatırladıb.

Şahid bildirib ki, 2013-cü ilin fevral ayında \”Real MTK\”da sədr kimi işə başlayıb. O, ötən prosesdə ifadə verən Gülağa Tənhanı tanıdığını və İlham Qasımovla şərik olduğunu bildirib. “Gülağa Tənha tərəfindən verilən pullar sadəcə, aktlaşdırılıb, lakin şirkətə mədaxil olmayıb. Gülağa Tənha tərəfindən 13 milyon 600 min manat vəsait mənə verilmişdi. Mən bu pulların hara xərcləndiyi barədə İlham Qasımova məlumat verirdim\”.

Məhkəmədə məlum olub ki, \”Real\” MTK Bakı Şəhər İcra Hakimiyyətinə 3.7 milyona yaxın pul ödəyib. Şahid Sahib Cahangirli və İlham Qasımov bunu təsdiqləsələr də rəsmi sənədin olmadığını bildiriblər. Suallar zamanı məlum olub ki, şahid və İlham Qasımov istintaq zamanı üzləşdiriliblər. Ancaq şahid bunu inkar edib.

Prosesin davamında şahidin ifafələrindən də məlum olub ki, tikinti şirkəti tərəfindən aparılan alqı-satqı işləri zamanı ödənilən məbləğlər rəsmiləşdirilməyib. Məhkəmədə zərəçəkmişin istintaqa verdiyi ifadələr elan olunub. Bu zaman məlum olib ki, şahid Sahib Cahangirli İlham Qasımovun bacısı oğludur. O, istintaqa ifadəsində dayısının şirkətində ditektor kimi çalışdığını və alqı-satqı işlərinə də nəzarət etdiyini söyləyib. Elan olunan ifadəyə görə, yeni binanın tikintisi üçün alınan evlərin dəyəri sakinlərə ödənilən məbləğdən qat-qar artıq göstərilib. Məhz bu olanlar milyonçu Gülağa Qəmbərovla İlham Qasımov arasında problemlər yaradıb. Şahid istintaqa ifadəsində MTK tərəfindən həyata keçirilən layihələrin təsdiqlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon 700 min manat verilməsini də qeyd edib.

Şahidin istintaqa verdiyi ifadədə o da qeyd olunub ki, S.Cahangirli sakin Bəşirov Ziyəddinə evini almaq üçün 120 min manat versələr də, sənədləşmədə bunu 5 min manat kimi qeyd ediblər. Digər bütün sakinlərdən də evlər bu yolla alınıb.

Hakim niyə bu üsulla ev aldıqlarını soruşub, şahid sualı cavabsız qoyub. İ.Qasımov isə yerindən \”hər şeyi öz üzərimə götürmüşəm, onu da mən etmişəm, pulu özüm götürmüşəm\” deyib.
S.Cahangirli müstəntiqə ifadəsində deyib ki, bütün işləri dayısının tapşırığı ilə görüb.
Təqsirləndirilən İlham Qasımov üzləşmə barədə sənədə özünün qol çəkdiyini deyib: \”Mən müstəntiqə dedim ki, get, yaz, gətir, qol çəkəcəyəm\”.

S.Cahangirli istintaq zamanı dindirilərkən müstəntiqin onu aldatdığını, sakinlərin isə yalan danışdığını deyib.

Sonra prosesdə zərərçəkmiş şəxs Kamal Məmmədov ifadə verib. O, İ. Qasımovun tikdiyi mənzili aımaq üçün pulu İlham Qasımovun oğluna verib. \”Mənzili 110 min manata aldım. Evi təmir edəndən sonra ora köçdük. Ancaq 4 sonra bir nəfər adam gəlib dedi ki, bu evi o da alıb. Məlum oldu ki, eyni mənzil iki nəfərə satılıb. Bu zaman mübahisə yarandı. Ancaq hazırda mən şikayətçi deyiləm, həmin mənzildə artıq mən yaşayıram, problem aradan qalxıb\”.

İ.Qasımov isə çıxışında K.Məmmədovu birinci dəfə gördüyünü deyib: \”Tutaq ki, pulu mən almışam. Hə, nə olsun? Evində yaşayırsan da. Bunların hamısını \”abaxeyis general\”ın tapşırığı ilə ediblər\”.
Zərərçəkmiş K.Məmmədov şikayətçi olmadığını, məhkəməyə niyə çağırıldığını bilmədiyini deyib.
İ.Qasımov özünü yaxşı hiss etmədiyini deyib. Məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.
İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close