Önəmli

Siyavuş Novruzov YAP-ın adından prezidentə müraciəti oxudu

Siyavuş Novruzov YAP-ın adından prezidentə müraciəti oxuduMilli Məclisin bu gün dekabrın 2-ə təyin olunan plenar iclası başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub. O.Əsədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”,-spiker deyib. İclasda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciət mətnini oxuyub.

O, digər deputatlara çağırış edərək onları müraciətə qoşulmağa səsləyib. Daha sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Əli Hüseynli məsələni hüquqi baxımdan şərh edib.

Hazırda plenar iclas davam edir.Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanacaq müraciəti müzakirə edirlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close