Önəmli

Bu ölkələrdə facebook “dondu” – AÇIQLAMA

Dünyanın bir sıra ölkələrinin “Facebook” istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.

 “Downdetector” saytı yazır ki, problemlər təxminən Bakı vaxtı ilə saat 16.00-da yaranıb. Nasazlıqlar daha çox ABŞ-da, Fransada, Polşada, Belçikada və Böyük Britaniyada qeydə alınıb.

“Downdetector”un məlumatına görə, istifadəçilərin 69%-i xəbər lentində problemlərlə qarşılaşıblar, istifadəçilərin 15%-i sosial şəbəkənin fəaliyyətsizliyindən şikayət ediblər.

Qeyd edək ki, Azərbaycanda da “facebook” istifadəçiləri sosial şəbəkənin fəaliyyətində problemlərlə üzləşiblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close