Önəmli

Məşhur futbolçu azarkeşi namaza oyandırır

reklam...

Məşhur futbolçu azarkeşi namaza oyandırırTürkiyənin \”Beşiktaş” klubunun seneqallı legioneri Demba Ba komandasının azarkeşini sübh namazına oyandırır. ANS PRESS-in məlumatına görə, azarkeş bu xahişlə ulduz futbolçuya sosial şəbəkədə müraciət edib. Türkiyəli azarkeş tvitterdə yazdığı mesajda, əgər mənə zəng vursan, namaz qılacağam – deyib: \”Ey Demba! Mənə yardım edərsən? Sübh namazını qılmağa duranda məni də oyandır. Əgər mənə zəng vursan namaz qılacağam”.
Məşhur legionerin bu mesaja cavabı müsbət olub: \”Mənə telefon nömrəni yolla!”
Qeyd edək ki, daha əvvəl verdiyi müsahibələrdə, Türkiyədə ən çox məscidlərdə gündə 5 dəfə oxunan azanı sevdiyini deyən Demba Ba, gündə 5 dəfə azan səsini eşitdiyi halda namaz qılmağa getməyən müsəlmanlara çox təəccübləndiyini bildirmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close