Problem

Sumqayıtda kişi küçədə soyuqdan donaraq öldü

reklam...

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

“Savaş” bildirir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. /APA

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close