Problem

Gəlin ata evinə qayıdıb özünü asdı – SABİRABADDA DƏHŞƏT

Sabirabadda gənc qadın özünü asaraq intihar edib.

Axşam saatlarında Sabirabad rayonunun Qarağac kənd sakini, 2000-ci il təvəllüdlü Günəşova Adilə Ağasəf qızı ailə münaqişəsi zəminində özünü ata evində asıb.

Yenicə ailə həyatı quran 20 yaşlı qadınla həyat yoldaşının valideyinləri arasında münaqişə yaranıb. Bundan sonra ata evinə qayıdan gənc qadın həmin yaşayış evində istifadə olunmayan otaqda axşam saatlarında özünə qəsd edib. Hazırda qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib. 

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close