Problem

Hamıya koronavirus mesajı göndərən MƏMUR HƏBS EDİLDİ

Türkiyənin Adana şəhərinin Çukurova Rayon Müftiliyində çalışan bir məmur əsassız koronavirus mesajı göndərdiyi üçün həbs olunub.

Saxlanılan şəxsin yalan məlumatı 10 min adama göndərdiyi üzə çıxıb. O, cəmiyyət arasında panika və qorxu yaymaqda ittiham edilərək, saxlanılıb.
“Hörmətli K.K.A. daha əvvəl etdirdiyiniz testin nəticələrində pozitiv əlamətlərə rast gəlinib. Adana Şəhər Xəstəxanaasında 1-ci mərtəbədə Dr. S.D. bəylə görüşməlisiniz”, – göndərilən mesajda deyə qeyd olunub.

Sözügedən K.K.A. adlı şəxsin də onunla eyni idarədə çalışdığı məlum olub. Lakin mesajda qeyd edilən adda həkim olmadığı ortaya çıxıb.
Faktla bağlı araşdırma davam etdirilir. (qaynarinfo.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close