Problem

Azərbaycanın “balaca padşahları”: kim kimdir?

Azərbaycanın “balaca padşahları”: kim kimdir?Balıq iyi verən partnomenklatura mənsublarının həyat yolu cumhuriyyet.az-da
Ötən illərin hadisələri – Quba və İsmayıllı üsyanları, bundan sonra mediada yer alan faktlar onu göstərdi ki, Azərbaycanda icra başçısı dövlət məmuru olmaqdan daha çox biznesmen imiş. Ümumiyyətlə, Azərbaycanın bütün dövlət məmurları biznes adamlarıdır, amma prezidentin şəxsi təmsilçisi olan icra başçılarının da biznes adamları olması son nəticədə Quba sindromunu yaradır. İcra başçısının hansı bizneslə məşğul olması, bunun qanuna uyğunluq dərəcəsi cəhənnəmə, amma biznesmen məmurlar biznes maraqlarına qulluq etdikləri üçün zülm və zillət çəkirlər.
Bəs daha hansı icra başçıları biznes adamları olaraq dövlət qulluğuna daxil olublar? Əslində, elə bir icra başçısı yoxdur ki, rəhbərlik etdiyi rayonu biznes obyekti kimi mənimsəməsin. Amma bioqrafiyasında biznesmen tarixçəsi olan icra başçılarının daha biznesmen olmadıqları heç bir əsas və məntiqlə inkar edilə bilməz. Azərbaycanın rayonlarını idarə edən \”balaca padşahlar”dan bir neçəsinin cumhuriyyet.az olaraq qısa bioqrafiyasını diqqətinizə çatdırırıq. Hər halda, biznesmen icra başçılarının fəsadlarını bir kənara qoyub onların sırasına nəzər salaq.
Parlayan Yıldızın işığı ilə Şamaxıya
Məmmədov Asif Salaman oğlu- 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç.Ildırım adına Azərbaycan Politexnik Institutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar \”Əzizbəyovneft” və H.Z.Tağıyev adına NQÇI-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, \”Kaspi-Yıldız” Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri, Əzizbəyov rayon Icra Hakimiyyətində RIHB-nın müavini, 2006-cı ildən 21 aprel 2011-ci il tarixədək isə Balakən rayon Icra Hakimiyyətinin başçısı
vəzifəsində işləmişdir. \”Kaspi-Yıldız” xalq arasında Kəmaləddin Heydərovun adı ilə bağlanan özəl müəssisədir. Yanğınsöndürmə təsərrüfatı üçün aparatlarla məşğuldur.21 aprel 2011-ci il tarixdən Şamaxı Rayonu Icra Hakimiyyətinin başçısıdır. YAP-nın üzvüdür.
Bu adamın əmək kitabçası itmişdir
Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. Ixtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon Icra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. İH-nin rəsmi saytında qeyd edilir: \”sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur”. Amma buradan dəqiq bilinmir ki, \”sonralar” nə deməkdir və nə zaman başa çatır. Görünür, bu \”sonralar” başa çatmayıb.
1989-dan 2007-yə qədərki \”ozon dəliyi”
Məmmədov Mənsur Həmzə oğlu, 20.04.1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik Institutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 14 dekabr 2007-ci ildən Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Mənsur Məmmədov 2007-ci ilə qədər Zərdabda da icra başçısı vəzifəsində işləyib. Bundan əvvəl deyəsən, avtovağzaldamı, haradasa başqa bir yerdəmi, işləyib. Ondan daha əvvəl isə Moskva bazarlarında ticarət işləri ilə uğraşdığı haqqında söhbətlər var.
Sovet-Türkiyə müəssisələrindən qalan nostalji
Lerik Rayonu Icra Hakimiyyətinin Başçısı Bağırov Rövşən Elmidar oğlu 28.11.1983-cü ildə Əzizbəyov adına Neft-Kimya Institutunu \”Əməyin mühafizəsi”ÿixtisası üzrə bitirib. Sonra əsgərlikdən qayıdıb həmin fakültədə laborant, institutda mühasib-filan işləyib. Bir ara komsomolla məşğul olub. Tale 1991-ci ildə onu \”Gənclik” adlı sovet-türk birgə müəssisəsində mühasib vəzifəsinə atıb. Buradan isə \”Amal” adlı kiçik müəssisənin baş mühasibi vəzifəsinə keçib. Sonra daha iri maliyyə mərkəzlərində \”Yelmarbank”da (1995-96), \”Debütbank”da (1994-2003) yarımməsul vəzifələrdə işləyib. Indi Lerikdə icra hakimiyyətinin başçısıdır.
Hislənmiş balıqlardan \”Caspian Fish”ə
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov 1961-ciÿ ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı Institutunu bitirib. 31.10.1979 – 22.11.1981-ci illərdə hərbi xidmətdə olub. Əsgərliyə getməmişdən əvvəl 10 ay Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. Amma əsgərlikdən qayıdandan sonra həmin Nazirliyin Kommunal kontorunda fəhlə kimi işə başlayaraq 3-cü dərəcəli çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1991 – 1995-ci illərdə \”Ümid” Istehsalat Assosiasiyasının Prezidenti olub. 22.08.1995 – 29.03.2001-ci illərdə H.Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 03.04.2001 – 30.12.2002-ci illərdə \”Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 01.01.2003 -16.02.2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib. 06.02.2006 – 18.02.2011-ci illərdə Daşkəsən rayon Icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 18. 02. 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Salyan rayon Icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun Salyana icra başçısı qoyulmasının balıq təsərrüfatı ilə əlaqəsi olmaya bilməz.
Əmək kitabçası itmiş daha bir IH başçısı

Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı İslamov Gülağa Bayram oğlu (25.01.1995 tarixindən) 19 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir, Poltava kooperasiya Institutunun Əmtəəşünaslıq ixtisasını bitirmişdir. Ailəlidir. Qeyd: IH-nin rəsmi saytında əmək fəaliyyəti ilə bağlı məlumatlar yazılmayan başçıların əmək kitabçalarının itdiyini ehtimal etmək ən kəsə yoldur.
Komsomaldan MTN-ə gedən yol
Məlumat üçün bildirək ki, Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində oxuyub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonar 1983-1986-cı illərdə Ağdam Rayon \”İnqilab” üzümçülük sovxozunda mühəndis kimi fəaliyyət göstərib. 1986-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində çalışıb. 1993-2014-çü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Aqrar məsələlər üzrə mütəxəssis komsomolçunun birdən birə MTN strukturuna necə yol tapması isə müəmmalıdır.
Oxumamış montyor və ya daş karxanasında parlayan \”ulduz”
Hətəmov Sevindik Hacıağa oğlu1969-cu il aprel ayının7-dəLaçınrayonununGüləbirdkəndində anadan olub.1980-ci ildə Güləbirdkənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması \”Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə \”Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı \”gün ağlaya” bilib.
\”Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyion olunur və bu günə qədər də həmin vəzifədə çalışır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman \”karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close