Problem

İlham Əliyevi belə saymayan, “Fövqəlnazir”i zərbə altına qoyan Cəbrayıl Xanlarov haqda şok FAKTLAR

İlham Əliyevi belə saymayan, “Fövqəlnazir”i zərbə altına qoyan Cəbrayıl Xanlarov haqda şok FAKTLARSon günlər baş verənlər bir çox nazirlərin və yüksək çinli hökumət mənsublarının adını qalmaqallarda hallandırdı. Bu sırada baş verənlərdə adı təmiz saxlanan nadir nazirlərdən biri Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov oldu. Amma Savash.org-a daxil olan məlumatlar onu göstərir ki, “MTN işi”ndən yayınan “fövqəlnazir” daha ciddi problemlərlə üzləşə bilər. Məsələ burasındadır ki,

Kəmaləddin Heydərov Avropa Məhkəməsi qarşısında

Cavab vermək məcburiyyətindədir. Belə ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınları zamanı mülkiyyət hüququ tapdanmış, Fövqəladə Hallar Nazirliyinə qarşı iddia qaldırmış bir qrup iddiaçının şikayəti Avropa İnsan Haqları Məhkəməsində (AİHM) icraata qəbul olunub. Bu barədə Savash.org-a etibarlı mənbələrdən məlumat daxil olub. Verilən məlumata görə 20- yə yaxın iddiaçının FHN- ə qarşı iddiası üzrə AİHM tərəfindən şikayətçilərə bu barədə rəsmi məktub göndərilib. Şikayətin araşdırılması ilə bağlı Azərbaycan höküməti ilə kommunikasiyanın başlanacağı gözlənilir.

Fövqəladə Hallar Nazirliyinin yarandığı və fəaliyyət göstərdiyi ötən 10 il müddət ərzində qurumla bağlı birinci dəfədir ki, Avropa İnsan Haqları Məhkəməsinə bir qrup şəxs tərəfindən şikayət edilir. Görünən odur ki, belə getsə bu dəfə Azərbaycan höküməti FHN rəhbəri Kamaləddin Heydərova görə cərimələnəcək. Çünki iddiaçılar konkret olaraq 2010- cu ilin daşqınları zamanı onların FHN tərəfindən mülkiyyət hüquqlarının tapdandığını, ayrı- seçkiliyə və ədalətsizliyə məruz qaldıqlarını bildirirlər.

Xatırladaq ki, 2010- cu ildə baş vermiş Kür- Araz daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 420 milyon manat vəsait ayrılıb. Təmir, bərpa və tikinti işlərinin aparılması, zərərçəkənlərə müvafiq kompensasiyaların verilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Vəsaitlərin xərclənməsində korrupsiya, ayrı- seçkilik, məmur özbaşınalığı və s. kimi ciddi qanun pozuntuları qeydə alınıb. Dövlət proqramından kənarda qalan sakinlərdən 119 nəfəri FHN-ə qarşı məhkəmə iddiası qaldırıb. Onların bir qisminin problemləri məhkəmənin gedişi zamanı həll olunsa da bir qrup iddiaçının şikayəti öz müsbət həllini tapmayıb. Həmin şikayətlər üzrə işlər Azərbaycanda bütün məhkəmə instansiyalarını keçərək Avropa Məhkəməsinə təqdim edilib.

Bəs həm Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu, həm də son nəticədə Azərbaycan hökumətini ciddi problemlər və böyük cərimələrlə üz-üzə qalmasının səbəbkarı kimdir? Bu istiqamətdə araşdırmalarımız zamanı öyrəndik ki, zəlzələdən sonra fəlakət bölgəsində bir çox şirkətlər fəaliyyət göstərib. Bu siyahıda isə

Qalmaqallarına və korrupsiyalılığına görə seçilən “Azəri-Trans” MMC

Xüsusilə seçilir. Belə ki, Savash.org-un araşdırmalarına görə 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı aparılan tikinti işlərinin böyük bir hissəsi məhz “Azəri- Trans” şirkəti tərəfindən həyata keçirilib. Əldə etdiyimiz məlumata görə zəlzələ ilə bağlı son ilk 7 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, bu şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil. Halbu ki, Zaqatala bölgəsində görülməsi nəzərdə tutulan işlərin böyük həcmi məhz bu şirkətə həvalə olunub. Təkcə Zaqatalada bu şirkət indiyə kimi 800- dən artıq ev tikməli idi. Böyük vəsaitlərin ayrılmasına baxmayaraq bu şirkət Zaqatalanın Qımır Bazar kəndində 247, Sumalı kəndində 40, Faldarlı kəndində 38, Qondarda kəndində 39, Dardoqqaz kəndində 11 ev və s. tikib istifadəyə verməli idi. Amma görünən odur ki, adı çəkilən kəndlərdə nəzərdə tutulan evlər tikilib istifadəyə verilməyib və vətəndaşların Avropa Məhkəməsinə üz tutmasının əsas səbəbi də məhz bu faktdır. Hazırda “”zəlzələ qurbanları”- nın böyük əksəriyyəti məhz bu şirkətin səhlənkarlığı və maliyyə maxinasiları üznüdən FHN və hökumətdən narazı haldadır.

“Azəri-Trans” şirkəti əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti işlərini görür və birbaşa Kəmaləddin Heydərovun nəzarəti altındadır. FHN şefi bu şirkətin vəzifə sahiblərinə etibar edərək iri layihələri onlara tapşırır. Adı çəkilən şirkətlə bağlı vaxtaşırı narazılıq səsləri eşidilir. Şirkətin adı tez- tez korrupsiya olaylarında, eləcə də öz işçilərinin əmək haqlarını vaxtlı- vaxtında verməməsi səbəbindən hallanır. Bununla bağlı Savash.org-a daxil olan məlumata görə şirkətin Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə olunduğu bildirilir.

Xanlarovun “Azəri Trans”ı – Kəmaləddin Heydərovun “kaşilok” şirkəti

İlə bağlı əldə etdiyimiz məlumatlar da kifayət qədər ilgincdir. “Fövqəlnazir” üçün “kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev Sərhəd Qoşunları Xidmətində sıravi gizir
rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş “Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə qohum olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Dövlət sifarişli layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi bu şirkət tərəfindən icra olunur. Şirkət bir çox vəzifəli şəxslərə dövlət büdcəsindən ayrılan vəsait hesabına müxtəlif obyektlər, villalar, iqamətgahlar tikir. Tikinti işlərinə sərf olunan bütün tikinti materialları şirkətin hesabına alınır. “Azəri Trans”ın işçiləri qanunsuz olaraq həmin villaların tikintisinə cəlb edilir. Məqsədi çirkli pulların yuyulmasına xidmət edən “Azəri- Trans” şirkətinin vergidən yayınma və sosil müdafiə fonduna ödənişlər etmədiyinə dair məlumatlar da var.

Yuxarıda təqdim etdiyimiz faktlardan da göründüyü kimi FHN- nin seçdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə məhz FHN- nin dəstəyi ilə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə tiktinti şirkəti kimi zəlzələ ilə bağlı son 5 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, birbaşa FHN rəhbərliyi tərəfindən himayə olunan şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil. Halbu ki, Zaqatala bölgəsində görülməsi nəzərdə tutulan işlərin böyük həcmi məhz bu şirkətə həvalə olunub. Təkcə Zaqatalada bu şirkət indiyə kimi 800- dən artıq ev tikməli idi. Böyük vəsaitlərin ayrılmasına baxmayaraq bu şirkət Zaqatalanın Qımır Bazar kəndində 247, Sumalı kəndində 40, Faldarlı kəndində 38, Qondarda kəndində 39, Dardoqqaz kəndində 11 ev və s. tikib istifadəyə verməli idi. Baxmayaraq ki, bunun üçün fantastik həcmdə vəsait ayrılıb. Verilən məlumata görə Nizami Sadıqov xərclədiyi vəsait və gördüyü işlərlə bağlı kimsəyə nəinki hesabat, heç məlumat da vermir. FHN- də aparılan kadr siyasətinə uyğun olaraq əslən Gürcüstanın Marneul rayonundan olan Nizami Sadıqov da öz qohum əqrabasını ətrafına toplayaraq dövlət vəsaitini istədiyi kimi xərcləyir. Özü isə Bakıda Cəbrayıl Xanlarova məxsus şəxsi ofisdə oturur. C. Xanlarov isə “zəlzələ qaçqınları” üçün ayrılan vəsait hesabına.

Bütün bunlardan sonra cavab axtaracağımız tək bir sual var. Həm K.Heydərova, həm də Azərbaycan hökumətinə bunca problemlər yaşadıb cəzasız qalan

Cəbrayıl Xanlarov kimdir?

Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. Cumhuriyyet.az bildirir ki, şəxsiyyət vəsiqəsində yer alan məlumata görə o, M. Müşfiq küçəsi, ev 11/13, mənzil 24-də yaşayır. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. Göründüyü kimi, Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir. C.Xanlarovun atası Eldar Xanlarov AMEA-institutlarından birində işləyir. Ata məsləhəti ilə alim olmaq qərarına gəlib. Belə ki, 2011-ci ildə yeni qanuna görə dövlət qulluğunda işləyənlər elmi iş müdafiə edə bilməzlər. Ona görə da ata-bala və elmi rəhbəri Ziyad Səmədzadənin məsləhəti ilə tələsik olaraq 2010-cu ildə elmi ad almaq üçün qollarını çırmalayıblar. Etibarlı mənbənin məlumatına görə, elmi rəhbərlər bu cür əməliyyatlardan yaxşı mükafatlar əldə edirlər, amma biz Ziyad Səmədzadənin konkret olaraq hansı mükafatı əldə etdiyini söyləyə bilməyəcəyik. Amma Savash.org olaraq bu istiqamətdə apardığımız araşdırma daha ilginc bir faktı üzə çıxarıb. Məsələ burasındadır ki, ötən ilin təxminən may ayında Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda plagiat müdafiə edənlərin siyahısısı təsdiqlənir. “… Komissiya eyni zamanda daha yeddi dissertantın işinin ləğv olunması barədə qərar verib. Beləliklə C.Xanlarov plagiat alim adı almağa nail olublar. Bu sayaq plagiat əməliyyatları, bir qayda olaraq, təxminən 20 000-30 000 min manata başa gəlir. Onsuz da Cəbrayıl Xanlarov kimi “alimlərin” alimlik adı mütləq ləğv ediləcək. Məlum plagiatlıqla bağlı siyahı mətbuata çıxanda Cəbrayıl Xanlarov əməlli başlı “tərləyərək” adının mətbuata çıxmasının qarşısını ala bilib. Əvəzində isə Agentliyin işçisi Esmira Çərkəzqızını qurban verməli olub. Məlum siyahı çap olunandan sonra o, Esmira Çərkəzqızının işdən uzaqlaşmasını təmin edib və söz-söhbətin Agentliyin və öz üzərindən uzaqlaşmasına nail olub. Ən azından Cəbrayıl Xanlarov bunu belə düşünürdü. Beləliklə, O, 2010-cu ildə tələm-tələsik təzə alim – “alim” adı alıb və bir az da uzağa gedərək ata məsləhəti ilə Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovanın əmri ilə 0.25 ştatla “Tikinti İqtisadiyyat” fakültəsinin kafedrasında işə götürülüb. Bu fakt da onu göstərir ki, C.Xanlarov kifayət qədər qalmaqallı və mənfi reputasiya gətirəcək bir şəxsdir. Həm də

Cəbrayıl Xanlarova bağlı qalmaqallı tikintilər

Tez-tez gündəmə gəlir. Məsələn o, özünə yaxın ətrafda dəfələrlə bildirib ki, “Azəri Trans” şirkəti FHN rəhbərliyinə yaxın bir şəxsin ailə üzvləri üçün Göy- göldə Zodda 2400 kvadrat metr sahəyə malik prezident sayağı analoji iqamətgah tikib. Bu iqamətgah Zod kəndinin ən pik nötəsində, dəniz səviyyəsindən yüksəklikdə yerləşən 2400 kvadrat mert sahəsi olan 3 mərtəbəli liftli, böyük hovuzu, su çəni, yeni yol, qaz, suyu, işığı çəkilən yaşayış ofis villadır. Hətta Göygöl rayonun mərkəzindən Zodda olan bu iqamətgah üçün 17- 18 km yol asfalt çəkilərək hər iki tərəfindən hasarlanıb üzlük daşlarla bəzədilib. Biz sadəcə etik cəhətdən həmin şəxsin və şəxslərin adlarını çəkmirik. Amma bu istiqamətdə araşdırmalarımız davam edir.

Əldə etdiyimiz digər bilgiyə görə Qax- Zaqatala zəlzələsinin əsas ilhamverici və pay sahibi olan şirkətlərindən biri olan “Azəri Trans” şirkəti Zirə qəsəbəsində Heydər Əliyev Fondunun adı ilə bu yaxınlarda orta məktəb tikib istifadəyə verib. Dövlət başçısının da açılışında iştirak etdiyi 280 yerlik bu məktəbin tikintisinə “Azəri Trans” şirkəti nə az, nə çox Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən 9, 5 milyon manat vəsait xərcləyib. İşi həyata keçirən bütün işçilərə də bərk- bərk tapşırılıb ki, bu məktəbin FHN adından inşa olunmasına dair heç yerdə bir kəlmə də olsun danışmayın. Soruşan olsa deyin ki, məktəbi Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilib. Başqa misallar; FHN rəhbərliyi ilə qohumluq əlaqəsində olan Ağdaş RİH başçısının xətti ilə sözü gedən rayonda 7 mərtəbəli 5 ulduzlu Olimpiya oteli, Yanıqsöndürmə Məntəqəsinin inşa olunmasını, rayonun asfalt örtüyünün dəyişdirilməsini və digər bir sıra sosial yönümlü işləri də “Azər Trans” MMC həyata keçirilib və bunun üçün “zəlzələ qaçqınları” üçün ayrılan vəsaitdən milyonlarla manat vəsait xərclənib.

Həmçinin, Lənkəran şəhərində tikilən, təməl qoyma mərasimində Prezidentin iştirak etdiyi 7 ədəd 7 mərtəbəli 5 ulduzlu otel komleksi də Qax- Zaqatala üçün ayrılmış vəsait hesabına inşa edilib. Amma bir müddət sonra maraqlıdır ki, xərc çəkilib özülü qoyulan otel kompleksi yerlə -yeksan edilib. Sual oluna bilər; bu qədər vəsaiti sərf edib, sonradan prezidenti aldadaraq otel kompleksini uçurmaqda məqsəd nə idi? İlham Əliyevi belə saymayan, “Fövqəlnazir”i zərbə altına qoyan Cəbrayıl Xanlarov haqda şok FAKTLAR

Sonuncu qalmaqallı tikinti olayı isə Bakıda baş verdi. Belə ki, C.Xanlarovun Bilgəhdə inşa edilmiş 4 mərtəbəli, dəyərinin 15 milyon dollardan çox olduğu deyilən villanın sökülür və məlumata görə sökülmə barədə tapşırıq isə prezident İlham Əliyev tərəfindən verilib. Məlumata görə, dövlət başçısı Bilgəhdə olarkən həmin sarayı görüb və onun kimə məxsus olduğunu soruşub. Prezidenti müşayət edənlər bildiriblər ki, həmin saray FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bunun ardından ölkə rəhbəri həmin sarayın sökülməsi tapşırığını verib. Amma son məlumatlara görə bu villanın yalnız bir hissəsi görüntü naminə dağıdılıb və söküntü prosesi dayandırılıb.

Şamxal Dadaşzadə, Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close