Region

Beyləqan təhsilində müavinin və üç müfəttişin ”P” əməliyyatı

Beyləqan təhsilində müavinin və üç müfəttişin ”P” əməliyyatı
Bir neçə gün öncə müxtəlif saytlarda Beyləqan rayon təhsil şöbəsinin müdirəsinin məzuniyyətdə olması fürsətini fövtə verməyən müavini Hüsaməddin Babayev əlinə düşən imkanlardan istifadə edərək məktəbləri “yoxlatdıraraq”, müəllimlərdən və direktorlardan 300, 500 və 1000 manat məbləğində pul yığdırmasını əks etdirən yazılar yayımlanıb.

Bu əsnada mətbuatda yayılan xəbərlərdə qeyd olunur ki, bu xoşagəlməz hal məhz şöbə müdirinin səhətində yaranmış problemlrdən dolayı məzuniyyətdə olduğu müddətdə baş verib. Yəni, şöbə müdirəsinin yoxluğundan istifadə edən Hüsaməddin Babayev məktəblərə “racon” kəsibmiş.

Paytaxt.org bildirir ki, bu əsnada CiaNews.info-un məlumatına görə, Hüsaməddin Babayev TŞ-nin üç müfəttişinə şəhər və kənd məktəblərini kütləvi yoxlamaq tapşırığını verib. Bu müvafiq göstərişə əsasən məktəblərdə yoxlamalara başlanıb. Yoxlamaların əsas məqsədi də məktəblərdən qanunsuz pul tələbi olub. Maraqlı məsələ ondadır ki, məktəb direktorları bu “yoxlamalara” iradlarını bildirməsələrdə, lakin öz aralarında bu yoxlamanı H. Babayevin “P əməliyyatı”adlandırıblar. Qeyd olunur ki, rayon ərazisində təxminən 53 məktəb fəaliyyət göstərir ki, həmin məktəblərin böyük əksəriyyəti əsasən böyük rəqəmlərlə “qiymətləndirilir”.

Artıq yaranmış vəziyyətlə bağlı müəllimlər arasında narazlıqların baş qaldırdığı deyilir. Bildirilir ki, tezliklə bu məsələyə səlahiyyətli vəzifəli şəxslər, elə şöbə müdiri özü də əncam qılmasa Beyləqan rayon təhsili uğurlarla yox, rüşvətin və korrupsiyanın tüğyan etdiyi bir sahəyə çevirilərək ad çıxaracaq.

P.S. Əldə etdiyimiz məlumatlara görə, şöbə müdirəsi məzuniyyətdən qayıdıb və işinin başındadır. Hesab edirik ki, yazılanlarla bağlı öz mövqeyini açıqlayacaqdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close