Region

Başqalarını öldürən koronavirus icra başçısını necə qorudu? – Arif Qasımovun “möcüzəsi”

Yaxın günlərdə Bakı şəhərində bir neçə rayonun icra başçısının vəzifədən azad olunacağı haqda fikirlər var. Hakimiyyət daxilindəki etibarlı mənbədən verilən məlumata əsasən, əslində, prezident İlham Əliyevin bu haqda bayramdan öncə sərəncam imzalayacağı gözlənilirdi. Lakin ölkədə mövcud olan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə başçısının bu sərəncamının bir qədər təxirə düşdüyü bildirilir.

Mənbə qeyd edir ki, bayramdan sonra işdən çıxarılacaq icra başçılarından biri Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. Məlumata əsasən,  bu başçıların prezidentin “qara siyahı”sına düşməsinə əsas səbəb onların 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı ölkə rəhbərliyinin iradəsinə qarşı çıxması və bəzi hallarda yalan məlumat verməsidir. O cümlədən Arif Qasımovun seçki zamanı prezidentin tapşırıqlarına məhəl qoymadığı, bu prosesdən şəxsi və qrup maraqlarını təmin etmək üçün yararlandığı vurğulanır.

Mənbə onu da bildirir ki, işdən çıxarılacaq icra başçılarının bəziləri haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.

Hurriyyet.org

P.S. Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun konkret hansı səbəblərdən prezidentin “qara siyahı”sına düşməsi haqqında yaxın günlərdə oxucularımıza şok informasiyalar təqdim edəcəyik.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close