Region

Göyçay RİH rəsmisi saxta icazə kağızı satır – İDDİA

reklam...

Göyçay rayon icra hakimiyyətinin rəsmisi haqda ilginc məlumat yayılıb.

Rayondakı mənbələrdən Sfera.az-a sızan məlumatlarda Göyçay RİH-nin inzibati ərazi idarəetmə şöbəsinin müdiri Yusif Cəbrayılovun ayrı-ayrı vətəndaşlara saxta icazə sənədi satdığı iddia olunur.

Daxil olan məlumatlarda o da bildirilir ki, hərəsi 100-200 manat aralığında başa gələn həmin icazə kağızları aidiyyatı olmayan şəxslərə guya kənd təsərrüfatı ilə məşğul olduqlarına görə verilir. Elə bunun nəticəsidir ki, respublikamızın digər rayon və şəhərlərindən fərqli olaraq karantin rejiminə rəğmənGöyçayda çoxsaylı insanların küçədə dolaşdıqlarına şahidlik etmək olur.

Məlumat üçün bildirək ki, bu günə qədər vətəndaşlara saxta icazə vərəqələri satdığına görə bir sıra şirkət və media qurumlarının təmsilçiləri həbs olunublar. Amma çox maraqlıdır ki, indi bu kimi yolverilməz alqı-satqıda Göyçay RİH rəsmisinin adı hallanır. Bütün bunlardan Göyçay RİH başçısı Mehdi Səlimzadənin xəbərsiz olması isə inandırıcı görünmür.

Orxan

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close