Siyasət

Adil Əliyev qardaşının əvəzinə təkzib etdi

Adil Əliyev qardaşının əvəzinə təkzib etdiMilli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin bir hissəsinin onun qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirib.

Savash.org xəbər verir ki, A.Əliyev bu barədə Facebook-dakı statusunda yazıb. A.Əliyev yazıb ki, Məhərrəm Əliyevin nə “Diqlas”, nə də hər hansı ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur.

O, qeyd edib ki, dayısı oğlu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti – istər “Diqlas”, istərsə də “Ramal” – özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Musavat.com xatırladır ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.

Sosial şəbəkələrdə və bəzi saytlarda sözügedən ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close