Siyasət

Qüdrət Həsənquliyevdən hüquq-mühafizə orqanlarına şikayət olundu

Qüdrət Həsənquliyevdən hüquq-mühafizə orqanlarına şikayət olundu«Milli satqın olan partiya sədri məni dövlət başçısı və nazirlərin adıyla təhdid edərək, hədə-qorxu gəlir»

Tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə Qüdrət Həsənquliyev arasında «müharibə» davam edir. Təşkilat sədri BAXCP sədrindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, onun bir sıra korrupsiya əməllərində ittiham edib. Və qeyd olunan dövlət qurumundan məsələnin araşdırılmasını və tədbir görülməsini istəyib.

Bu gün isə Vidadi İsgəndərli prezident İlham Əliyev, MTN rəhbəri Eldar Mahmudov, DİN başçısı Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək, onlardan dəstək istəyib. Təşkilat sədri Facebook sosial şəbəkəsində yaydığı statusunda bəyan edib ki, Qüdrət Həsənquliyev onu hədələyir. «Milli satqın Qüdrət Həsənquliyev məni sizlərlə təhdid edərək, hədə-qorxu gəlir. Sabah hər birinizə onun törətdiyi cinayətlər barədə hər birinizə rəsmi müraciət göndərəcəm. Kim qanunu pozubsa, qoy, qanun qarşısında cavab versin».

Bundan başqa, Vidadi İsgəndərli həmçinin Qüdrət Həsənquliyevin kimlərlə işbirliyi içində olması, seçkilərdə hansı saxtakarlığa yol verməsi, habelə digər əməlləri ilə bağlı geniş açıqlama verəcəyini də bəyan edib.

Qeyd edək ki, BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı baş verənlərlə bağlı açıqlamasında bildirmişdi ki, Vidadi İsgəndərli xəstədir və bunu onunla 5 dəqiqə söhbət edən istənilən şəxs müəyyənləşdirə bilər. Eyni zamanda, Orduxanlı da hüquq müdafiəçisini korrupsiyada ittiham etmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close