ManşetSiyasət

YAP parlamentdə mütləq çoxluğa sahib olmayacaq – BİTƏRƏFLƏRİN ÜSTÜNLÜYÜ SSENARİSİ İŞƏ SALINIB

“Sözügedən variant reallaşsa belə, dəyişən ciddi bir şey olmayacaq” .

Bu sözləri Savash.org-a açıqlamasında Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilər nəticəsində parlament tarixində ilk dəfə hakim partiya olan YAP-ın qismən az, bitərəf namizədlərin isə daha çox mandat əldə edə biləcəyi mümkünlüyünə toxunarkən seçki üzrə ekspert Nəsimi Məmmədli deyib.

Onun sözlərinə görə əslində hər bir variant mümkündür: “Ölkədə seçkilərin xalqın iradəsilə, demokratik qaydada keçirilməsində problemlər varsa, o zaman əlbəttə ki, proses bu işi planlaşdıran və gələcəyi üçün sistemləşdirən tərəfin ssenarisi əsasında keçirilir. Ssenari növbəti parlamentdə müstəqil namizədlərin üstünlük təşkil etməsi, hakim partiyanın isə seçkilərdə daha az mandat qazanması görüntüsünün yaradılması formasında qurulubsa, məhz ölkənin beynəlxalq imicilə bağlı hansısa hesabatlarda göstərmək üçün belə bir yanaşmanın olması mümkündür”.

Amma həmsöhbətimizə görə, mahiyyət etibarı ilə bu da ssenariləşdirilmiş şəkildə həyata keçiriləcək: “Bu xalqın iradəsilə həyata keçirilən nəticə olmayacaq. O baxımdan da hesab edirəm ki, sözügedən variant reallaşsa belə, dəyişən ciddi bir şey olmayacaq. Müxalifət namizədlər onlara münasibətdə ciddi müdaxilələrin olduğunu, hüquqlarının pozulduğunu, ənənəvi şəkildə inzibati resurslarla hökumətin müdaxilə cəhdlərinin olduğunu iddia edir. Namizədlərin bu iddiaları digər faktlarla birlikdə öz əksini tapacaqsa, bu onu göstərir ki, Milli Məclisdə hakim partiyanın daha çox nümayəndə ilə təmsil olunması və s. məsələlər ciddi məsələ kimi müzakirə predmeti olmamalıdır”.

Orxan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close