Siyasət

Nurullayevin deputatlıq yolu bağlandı: MSK-dan ŞOK QƏRAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev növbədənkənar parlament seçkilərində qazandığı səslərin etibarlılığına ciddi şübhələr yaranıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilən qərardan sonra 79 saylı İmişli Seçki Dairəsindən lider namizəd olan Razi Nurullayev çətin sitiuasioya ilə qarşılaşıb.

Məlumat üçün bildirək ki, MSK-nıniclasında 79 saylı İmişli Seçki Dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb. MSK müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib. 

Bu isə faktiki olaraq həmin dairədə real mənzərənin dəyişməsi anlamına gəlir. Xatırladaq ki, Razi Nurullayev 79 saylı İmişli Seçki Dairəsinin elan olunmuş ilkin nəticələrinə görə, rəqiblərindən cüzi səs çoxluğu ilə öndə idi. belə ki, seçicilərin cəmi 20.9 faiz səsini qazanan Nurullayev 5 məntəqədə səslərin etibarsız sayılmasından sonra liderliyini itirə bilər. (sfera.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close