Siyasət

İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.

Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.

Bu barədə ilk məlumatı bir qədər fərqli redaktədə Xural TV-nin rəhbəri Əvəz Zeynallı Facebookdakı səhifəsində yayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close