Siyasət

Polis Tofiq Yaqublunu saxladı

Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu bu gün polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun qızı Nigar Yaqublu bildirib ki, müxalifətçi “8 km” bazarının yaxınlığında şəxsi avtomobilində park edilmiş vəziyyətdə olub. Həmin anda başqa bir avtomobil onun maşınını vurub. Avtomobildən çıxan adamlar T.Yaqubluya hücum ediblər. Ancaq polis T.Yaqublunu saxlayıb.

Saat 20.30-a yaxın Nizami Rayon Polis İdarəsindən N.Yaqubluya bildiriblər ki, “istintaq gedir”.

“Polis əməkdaşının  verdiyi məlumata görə, istintaq aparılır. İşi müstəntiq Ramil Əliyev aparır. Polis əməkdaşının sözlərindən başa düşdüm ki, atamın maşınını vuran  ər-arvad ondan şikayət ediblər. Bu, təxribatdır. Guya atam maşından çıxaraq onlarla dalaşıb, bədən xəsarəti yetirib, – N.Yaqublu bildirib.

O, atasının səhhətilə bağlı narahatlığını bildirib. “Ötən ilin oktyabrında həbs olunduqdan sonra atamın səhhətində ciddi problemlər yarandı. Müalicə aldı və infeksiyanın yayıldığı bir zamanda həbs olunması onun sağlamlığı üçün ciddi təhlükə yaradır”, – N.Yaqublu deyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close