Siyasət

Milli Məclisdən yer davası ilə bağlı açıqlama – Deputat cəzalandırılıb?

Koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin Plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatlar iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirilməklə yerləşdirmək məcburiyyəti yaranıb. Milli Məclisin Plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər.

“SAVAŞ” xəbər verir ki, bu barədəMilli Məclidin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, deputatların hamısını əyləşdirmək məqsədi ilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılib ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər. Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.

Lakin bu günlərdə, bəzi kütləvi informasiya vasitələrində bu tədbirlə bağlı narazılığın yaranması haqqında məlumatlar yayılmışdır. Bu məlumat əsasən deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqədərləndirilir.

Qeyd etmək lazımdır ki, deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilmişdir. Deputat Ramil Həsən buna anlayışla yanaşmış və o, bunun hər hansı deputata qarşı aşaqlayıcı münasibət olmadığını başa düşmüşdür. Deputat Ramil Həsən Milli Məclisin Sədri tərəfindən tənbeh edilməmiş və ona heç bir xəbərdarlıq edilməmişdir. Bəzi KİV-in bu məsələ ətrafında sensasiya yaratması həmin KİV-rə heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyyə edirik.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close