Siyasət

Vilyam Hacıyev icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Savash.org xəbər verir ki, sərəncamla Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

V.Hacıyev 1957-ci ildə Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. O, 2012-ci il aprelin 14-dən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

V.Hacıyev daha əvvəl müxtəlif vaxtlarda Göygöl və Samux rayonlarının icra hakimiyyətinin başçısı olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close