Siyasət

“Həbs edilən icra başçılarının YAP üzvü olması bizi məyus edir”

YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov həbs olunan icra başçılarının Yeni Azərbaycan Partiyasından xaric olunacağı ilə bağlı məsələyə münasibət bildirib.

“SAVAŞ” xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin qərarından sonra bu barədə qərar veriləcək:

“Belə hadisənin baş verməsi bizi kədərləndirir. Əgər məmur ona göstərilən etimadı doğrultmursa, vəzifəsini layiqincə yerinə yetirə bilmirsə onların haqqında qanunla ölçü götürülməsi doğrudur. Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. Bundan çox bizi məyus edən onların prezident İlham Əliyevin etimadını doğrulda bilməməsidir. Bunların əvəzində onlar xoşagəlməyən, cinayətə gətirən hallara yol veriblər. Yeni Azərbaycan Partiyası çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”./Unikal.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close