Siyasət

Spiker Aydın Mirzəzadəyə irad tutdu

reklam...

Deputat Aydın Mirzəzadə parlamentdə gündəliyə əlavələr üçün ayrılan vaxtın yarım saatdan bir saata qaldırılmasını təklif edib.

“Qafqazinfo” xəbər verir ki, deputat bildirib ki, gündəliyin müzakirəsi üçün ayrılan yarım saat müddət azdır: “Bizim dövlətimizlə bağlı deyəcəyimiz sözümüz var. 40-a yaxın yeni deputat var. Onlar bəlkə də çıxış etmək istəyir. Ancaq yenidirlər deyə, texniki imkanlardan hələ tam yararlana bilmirlər”.

Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, yarım saat ayrılmış vaxt 30 ildir ki mövcuddur: “Aydın müəllim, indiyə kimi bunu niyə demirdiniz? Heç kim deyə bilməz ki, kiməsə danışmağa imkan verməmişəm. Elə olub ki, müddət 55 dəqiqəyə də qalxıb. Təklifinizi nəzərə alarıq, sadəcə mənə maraqlıdır ki, bunu niyə indiyə kimi deməmişdiniz?”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close