Siyasət

Bakıda aksiya keçirmək istədilər – FOTO

Bu gün Bakıda bir qrup feminist aksiya keçirməyə cəhd edib.

“SAVAŞ” Musavat.com-a istinadla xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan prospektindən Daxili İşlər Nazirliyi istiqamətinə hərəkət etmək istəyiblər.

Polis əməkdaşları aksiya iştirakçılarına icazə verməyib. İcazəsiz aksiyada iştirak edən bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları “Polis zorakılığına son” şüarları səsləndiriblər. Polis aksiyaçılara qarşı sakit və dözümlü yanaşıb. Hər hansı bir insident baş verməyib. Polis əməkdaşları saxlanılanlarla bağlı bildiriblər ki, həmin şəxsləri sadəcə hadisə yerindən uzaqlaşdırmaq üçün avtobuslara mindiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları arasında bir müddət əvvəl Bakıda feministlər tərəfindən keçirilən “Qadına şiddətə yox” aksiyasının iştirakçıları da olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close