Siyasət

“Buradan meyidim çıxacaq…” – Tofiq Yaqublu həbsxanadan bəyanat yaydı

“Həbsxana şəraitində aclıq ağır gedir. Çox zəifləmişəm. Görənlər rəngimin çox avazıdığını və gözümün çuxura düşdüyünü deyirlər”.

“SAVAŞ” xəbər verir ki, bunu Tofiq Yaqublu həbsxanadan göndərdiyi açıqlamada bildirib.

“Mehman üçün aclıq edəndə aclığın 10-cu günü özümü necə hiss edirdimsə indi özümü elə hiss edirəm. Ancaq iradəm möhkəmdir! Mən ölməyə hazıram. Buradan ya meyidim çıxacaq, ya da mənə bəraət veriləcək!

Əgər ölərəmsə, bu mənim xalq qarşısında kiçik bir xidmətim olacaq. Heç olmasa ölümüm boşuna getməyəcək və xalqı azadlığa çağıracaq. Yəqin ki, daha məndən sonra heç kim şərlənib həbs olunmaz.

Məni məcburi qidalandıra bilməzsiniz! Bu işin zarafatı yox.

Ya ÖLÜM, ya AZADLIQ!”

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close