Siyasət

Ermənistan atəşkəs üçün yenidən yalvarmağa başladı

Qarabağda müharibəni alovlandıran Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində ciddi itkilər verdiyini görüb atəşkəs rejiminin bərpasına çalışır. 

Savash.org xəbər verir ki, bu məqsədlə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakayan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Bildirilir ki, Mnasakayan Patruşevdən Qarabağda atəşkəsin bərpası və möhkəmləndirməsinin vacibliyindən danışıb.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. İşğal olunmuş torpaqların bir hissəsi azad edilib. Ermənistan silahlı qüvvələri ciddi canlı qüvvə və hərbi texnika itkisinə məruz qalıb. Rəsmi İrəvan Azərbaycan Ordusunun inamla irəlilədiyini görüb terrorçu mahiyyətinə uyğun olaraq mülki əhalinin hədəfə alıb.

Oktyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan xarici işləri Moskvada görüşüb. 11 saat çəkən gərgin danışıqların nəticəsi olaraq tərəflər arasında humanitar atəşkəs barədə razılığa gəlinib. Lakin 3 gün sonra Ermənistan Gəncədə yaşayış binalarından birinə raket zərbəsi endirib. Nəticədə 9 nəfər mülki vətəndaş həlak olub, 30 nəfər isə yaralanıb.

Ermənistan humanitar atəşkəsi sonrakı günlərdə də pozmağa davam edib. Rəsmi İrəvan atəşkəsdən yararlanaraq qəfil hücuma keçib status-kvonu bərpa etməyə cəhd göstərsə də, Azərbaycan Ordusu tərəfindən geri oturdulub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close