Siyasət

“Məni Azərbaycana vəzifəyə çağırırlar, getmirəm…”

reklam...

“Məni Azərbaycana vəzifəyə çağırırlar, getmirəm...”Rusiyanın Komi Muxtar Respublikasındakı azərbaycanlı diaspor təşkilatının rəhbəri Asif İsmayılov deyir ki, Azərbaycanda onun yüksək vəzifə tutan dostları var.

Virtualaz.org saytı xəbər verir ki, Asif İsmayılov bu haqda “Kominform” agentliyinə verdiyi müsahibədə danşıb.

Müxbir ona sual sual verib: bu cür yüksək avtoritetə malik şəxs kimi ictimai fəaliyyətini siyasi fəaliyyətə dəyişməyə hazırlaşmır ki?

“Mən heç vaxt hakimiyyət haqda düşünməmişəm. Azərbaycanda mənim dostlarım yüksək vəzifələrdə işləyir və onlar məni yanlarında işləməyə çağırırlar. Lakin Komi Respublikası mənim üçün ikinci evdir. İctimai iş mənim çox xoşuma gəlir”- deyə diaspor təşkilatının rəhbəri bildirib.

İsmayılovun rəhbərlik etdiyi “Komi Respublikası Azərbaycanlıları” İctimai Birliyi bir il əvvəl yaradılıb. Hazırda təşkilatın 1000-ə yaxın üzvü var. Komidə yaşayan azərbaycanlıların sayı isə 16 mindən çoxdur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close