son xəbər

“Azadlıq”ın kollektivi redaksiyaya buraxılmadı

“Azadlıq”ın kollektivi redaksiyaya buraxılmadı
İyunun 15-də “Azadlıq” qəzetinin kollektivi redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatına saat 14.00-a qədər buraxılmayıb. Həmişəki vaxtda işə gələn kollektivə Nəşriyyatın mühafizə xidməti redaksiyaya qalxmağa icazə verməyib. Bildirilib ki, bu barədə Nəşriyyat rəhbərliyinin göstərişi var.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev Nəşriyyat rəhbərliyi ilə danışandan sonra kollektivin binaya saat 14.00-dan sonra daxil olmasına razılıq verilib. Lakin bunun səbəbi barədə heç bir izahat verilməyib.

Qəzetin rəhbərliyi məsələni Nəşriyyatın rəhbəri ilə görüşüb aydınlaşdırmağa çalışacaq.(azadliq.info)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close

Adblock Detected

Siz saytımızda olan reklamları görməkdən imtina etmisiniz.