son xəbər

Bakıda polis zabiti xüsusi amansızlıqla qətlə yetirildi

Bakıda polis zabiti xüsusi amansızlıqla qətlə yetirildi
Bu dəqiqələrdə aldığımız məlumata görə, Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində polis zabiti bıçaqlanaraq qətlə yetirilib.

Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis zabitinin kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı məlum deyil. Şahidlərin bildirdiyinə görə, qətlə yetirilən şəxs bölmə rəisidir, onun 40-cı polis bölməsinin rəisi olduğu bildirilir.

Virtualaz.org saytı məlumatı dəqiqləşdirmək üçün Binəqədi Rayon Polis İdarəsi, rayon prokurorluğu ilə telefon əlaqəsi saxlayıb. Lakin zənglərimizə cavab verən əməkdaşlar onlarda belə məlumatın olmadığını, DİN-in mətbuat xidmətinə müraciət etməyimizin lazım olduğunu bildirdilər.

DİN-in mətbuat xidmətinin rəisinin müavini Ehsan Zahidov əvvəlcə onlarda belə məlumatın olmadığını, araşdıracaqlarını dedi. Daha sonra E.Zahidov bildirdi ki, 40-ci polis bölməsinin rəisinin bıçaqlandığı haqda deyilənlər yalandır.

Bununla belə bıçaqlanan şəxsin kimliyini hələlik DİN-lə dəqiqləşdirmək mümkün olmayıb.

Xocasən sakinlərindən aldığımız məlumatda isə deyilir ki, polis zabiti ilə bir qrup sakin arasında münaqişə yaranıb və sakinlərdən biri onu bıçaqlayıb. Təfərrüatları dəqiqləşdiririk.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close