son xəbər

“Memar Əcəmi” stansiyasında qadın özünü qatarın altına atdı

Bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında 50-55 yaşlı qadın özünü qatarın altına atıb. Bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər.

Onların sözlərinə görə, xəsarət alan qadını təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.

Faktı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. Onun sözlərinə görə, qadın relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib: “Hadisə bu gün səhər saat 10.54-də baş verib. Qadının yıxıldığı və ya özünü atdığı məlum deyil. O, çıxarılaraq polisə təhvil verilib. Hadisənin hansı səbəbdən baş verməsi və qadının kimliyi polis tərəfindən araşdırılır”.

B. Məmmədov həmçinin qeyd edib ki, hadisə ilə əlaqədar qatarların hərəkətində bir neçə dəqiqəlik fasilə yaransa da, sonradan hərəkət bərpa olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close