son xəbər

Bakıda sərbəst gəzmək üçün saxta icazə kağızı hazırlayan şəxslər tutuldu – FOTO/VİDEO

reklam...

Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq, 20 manata satan şəxs və onun “müştəriləri” saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq, 20 manata satan şəxs saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini – “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdən saxta icazə vərəqələri çap edib. 

O, icazə vərəqələrini 20 manata tanışları – paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə satıb. Hər üç şəxs polislər tərəfindən saxlanılıblar. Onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

DİN bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close