son xəbər

Bakıda zibillik yeri satıldı (ŞİKAYƏT)

Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Araz Novruzov küçəsinin sakinləri Mənzil İstismar Sahəsindən (MİS) şikayətçidir.

Sakin tərəfindən AzToday.az-a göndərilmiş şikayətdə bildirilir ki, MİS tərəfindən evlərinin qarşısına zibil qutuları yerləşdirilib:

“Pandemiya ilə mübarizə apardığımız vaxtda yerli mənzil istismar sahəsi tərəfindən evlərimizin qarşısına zibil qutuları yerləşdirilib. Xüsusilə evdən çıxmadığımız bu günlərdə yerli mənzil istismar sahəsi tərəfindən küçənin ortasına qoyulan zibil qablarının qoxusu biz sakinləri narahat edir. Halbuki küçənin uyğun yerində əvvəldən zibil atılması üçün yer ayrılıb. Biz sakinlər illərdir tullantıları bu zibilliyə aparırıq. Yeri gəlmişkən, həmin zibil qutularından biri – plastmas olanı yandırılıb, onun əvəzinə yeni qutu qoyulmur, amma bizim məhəlləyə zibil qutuları qoyulur. Mənzil istismar sahəsi başqa məhəllədə quraşdırılmış zibil qutularının aşırdırılaraq istifadəsiz vəziyyətə gətirilməsinə göz yumduğu halda bizim evimizin pəncərəsi önünə zibil qutuları yerləşdirib və həmin zibil qutularının toxunulmazlığını qoruyur.

Məlum problemlə bağlı Bakı şəhər və Xətai Rayon İcra Hakimiyyətlərinə müraciət etsək də, qeyri-müəyyən səbəblərdən bu məsələ həll edilməmiş qalıb. Sonradan öyrəndik ki, köhnə zibilliyin yerində obyekt inşası planlaşıdırılır və bu səbəbdən orada yerləşən zibil qutuları küçələrə paylanır. Halbuki Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarına əsasən zibil qutuları əhalinin sıx olmadığı yerlərdə 100 metrdən bir yerləşdirilməlidir”.
<img class=”aligncenter size-full wp-image-103811″ src=”https://www.aztoday.az/wp-content/uploads/2020/06/3-18.jpg” alt=”” width=”1125″ height=”912″

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close