son xəbər

Gənclər prezidentə müraciət etdilər

reklam...

Gənclər prezidentə müraciət etdilər

Bu gün yüzlərlə gənc Səbail Rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq cəbhədə döyüşənlərə dəstək verib.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, icra başçısı Eldar Əzizov erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının alındığını deyib: “Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Biz də onun əmrini gözləyirik”.

YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, Qarabağ müharibəsi veteranı İlham Əliyev, İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, axund Hacı Surxay Məmmədli də cəbhədə döyüşənlərə dəstək göstərdiklərini deyiblər.

Tədbirə qatılan gənclər isə cəbhəyə getmək istədiklərini, bunun üçün əmr gözlədiklərini bildiriblər.

Tədbir “Şəhidlər ölməz”, “Biz səninləyik, Azərbaycan əsgəri” şüarları ilə yekunlaşıb.

Sonra oplantı iştirakçıları adından prezidentə müraciət qəbul olunub.

“Ali Baş Komandan, Səbail rayon fəalları, ictimaiyyət nümayəndələri və rayon sakinləri cəbhə bölgəsində baş vermiş son hadisələrlə əlaqədar bəyan edirik ki, erməni təxribatına qarşı Azərbaycan ordusunun layiqli cavabı, bir sıra strateji əhəmiyyətli ərazilərin azad edilməsi, düşmənin ağır itkilərə məruz qalması və ordumuzun bu böyük qələbəsi bizdə fəxarət, qurur hissi doğurur . İşğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunmasına olan inamı daha da artırır.

Cəbhə bölgəsində qazanılan bu hərbi qələbə bizim hər birimizi ruhlandırır. Biz Azərbaycan Ordusunun gücünə inanırıq”-, deyə müraciətdə qeyd olunur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close