Aktual

Pensiyaçılara ŞAD XƏBƏR – BANKOMATLARA YAXINLAŞIN

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb.

“SAVAŞ” trend-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib:

“Ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatdı. Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və b. da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub”, – deyə F. Talıbov qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists